Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2013-cü ildən bəri ilk dəfə fevralın 14-də Misirə səfər edəcək.
Məlumata görə, Ərdoğanın Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə keçirəcək danışıqlarında əsas müzakirə mövzusu Qəzzadakı fələstinlilərə yardım və müharibəyə son qoymaq üçün atılacaq addımlar olacaq.
Xatırladaq ki, ölkələr ötən ilin iyulunda səfirlər səviyyəsində diplomatik münasibətləri bərpa ediblər.
Mənbə: Sozcu
www.102info.az