Niderland, Almaniya və Polşa qoşunların və hərbi texnikanın hərəkəti üçün dəhlizin yaradılmasına dair bəyannamə imzalayıb.
Bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren sosial şəbəkə hesabında məlumat verib.
“Hərbi heyətin və texnikanın daha sürətli və səmərəli hərəkət etməsi üçün bizə “hərbi Şengen” lazımdır. Bu, Avropanı daha güclü edəcək. Biz mühüm addım atdıq: Polşa, Almaniya və Niderland hərbi dəhlizin yaradılması haqqında bəyannamə imzaladılar”, – deyə Ollonqren qeyd edib.
Mənbə: TASS
www.102info.az