Fransada fermerlərin etirazına görə ərzaq qıtlığı yaranıb

Dünya


Fransada fermerlər ölkədə ondan çox daxili və regional magistral yolu bağlayıblar.

Bu səbəbdən ərzaq təchizatının logistikası pozulub və mağazalarda müxtəlif mallar tükənməyə başlayıb.

Qeyd olunur ki, Paris sakinləri xüsusi ilə təzə tərəvəz çatışmazlığından şikayətlənirlər.

Tərəvəz çatışmazlığının əsas səbəbi kimi isə anbarların fermerlər tərəfindən mühasirəyə alınması göstərilir.

Həmçinin ərzaq mağazalarında qatıq, kahı, qablaşdırılmış sendviçlər, tost çörəyi, ət, balıq və pendirlərin qıtlığı barədə məlumatlar var.

Bundan əlavə, 90-dan çox adam Paris yaxınlığındakı “Rangis” ərzaq bazarını ələ keçirməyə cəhd edib.

Paris polisinin prefekti Loran Nunyes bu hadisəni ictimai asayişin pozulması və Daxili İşlər Nazirliyinin müəyyən etdiyi “qırmızı xətlərin” keçilməsi kimi qiymətləndirib.

Mənbə: BFM TV

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir