Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorqyan saxlanılıb.
Ermənistan mətbuatı bu barədə Ani Gevorqyanın vəkilinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Ani Gevorqyan Ermənistan İstintaq Komitəsi tərəfindən saxlanılıb.
O, əvvəlki iş yeri olan İqtisadiyyat Nazirliyində sui-istifadə hallarına görə saxlanılıb.
Məlumatda, həmçinin qeyd olunub ki, Ermənistan İstintaq Komitəsi İqtisadiyyat Nazirliyində və nazirlikdə işləyən bir sıra şəxslərin mənzillərində axtarışlar aparıb.
Mənbə: Aravot.am
www.102info.az