Türkiyənin Şanlıurfa vilayətinin Bozova məhəlləsində ikimərtəbəli ev çöküb.
Nəticədə iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Səhərə yaxın baş verən hadisə ilə əlaqədar bölgəyə çox sayda fövqəladə hallar, xilasetmə, sağlamlıq və jandarm qrupları cəlb edilib.
Çökən evə keçən il fevralın 6-da baş verən zəlzələ zamanı orta dərəcədə ziyan dəydiyi məlum olub.
Hadisə ilə bağlı istintaq davam edir.








Mənbə: Haber Global
www.102info.az