Türkiyədə bəzi banklar Rusiya şirkətlərinin hesablarını bağlamağa başlayıb və kart əldə etmək istəyən Rusiyadan fiziki şəxslər üçün tələbləri sərtləşdirib.
Bu barədə “Vedomosti” nəşri Türkiyə ilə ticarət aparan biznes sahibləri, maliyyə məsləhətçiləri və biznes assosiasiyalarının nümayəndələrinə istinadən məlumat verib.
Türkiyənin maliyyə qurumları ilin əvvəlindən Rusiyadan ödənişlərin işlənməsini qəfil dayandırmağa başlayıblar və hazırda hesablamalar hələ də dondurulmuş vəziyyətdədir.
Məsələ ilə bağlı nəşrə danışan ticarət brokerinin sahibi bildirib ki, hələ 2022-ci ildən Rusiya şirkətlərinin hesablarının bağlanmasına baxmayaraq, indi tendensiya daha da güclənib. Belə ki, əvvəllər söhbət təkcə ilkin növbədə sanksiyalara məruz qalan şirkətlərdən gedirdisə, indi digər təşkilatlarla da əlaqələrə xitam verilir.
Nəşrin həmsöhbətləri qeyd ediblər ki, məhdudiyyətlər ABŞ Prezidenti Co Baydenin 22 dekabr 2023-cü il tarixli fərmanından sonra sərtləşdirilib. Bu fərman ABŞ Maliyyə Nazirliyinə imkan verir ki, Rusiyadan sanksiyaya məruz qalan şəxslərlə əməliyyatlar aparmağa kömək edən və ya Rusiya hərbi-sənaye kompleksinə müəyyən material və avadanlıqların tədarükünü asanlaşdıran xarici banklara qarşı tədbirlər tətbiq etsin.
www.102info.az