“Ferrari”nin səhmləri ARTDI

Dünya


2025-ci ildən “Formula-1” sinfinə aid avtomobillər üzrə yarışların yeddiqat dünya çempionu britaniyalı Lyuis Hemiltonun şirkətin komandası üçün mübarizə aparacağı xəbərindən sonra idman avtomobili istehsalçısı “Ferrari”nin səhmləri Nyu-York fond birjasında 13%-dən çox artıb.

Qeyd olunur ki, cümə axşamı ticarət sessiyası başlayandan bəri “Ferrari”nin səhmləri 13,15% artaraq 391,42 dollar təşkil edib.

Məlumata görə, “Ferrari” qiymətli kağızları 388,93 dollara (təxminən 661 manat) satılıb. Şirkətin səhmlərinin artımına maliyyə hesabatlarının dərc olunması da səbəb olub.

Həmin hesabatlara əsasən, italyan istehsalçısının 2023-cü maliyyə ili üçün xalis gəliri 17,2% artıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir