Türkiyənin Kırıkkale şəhərində yük qatarı relsdən çıxıb.
Məlumata görə, hadisə Ankara-Kırıkkale dəmir yolunda baş verib. Qatar relsləri üzərindəki istinad divarının uçması nəticəsində dolğu materialları relslərin üzərinə axıb. Qatar dolğu materialına dəyib və relsdən çıxıb. Qatarın lokomotivi aşıb. Hadisə zamanı iki nəfər yaralanıb.
Mənbə: iha.com
www.102info.az