“Rusiyanın strateji nüvə arsenalı 95% yenilənib”.
Bunu Rusiya prezidenti Vladimir Putin Tulada keçirilən “Hər şey qələbə üçün!” forumunda deyib.
“Bu gün biz strateji nüvə qüvvələrimizi demək olar ki, tamamilə, 95 faiz yeniləmişik”, – deyə Putin bildirib.
O qeyd edib ki, onların dəniz komponentində yenilənməsi 100% faiz təşkil edir. Rusiya lideri bu rəqəmlərin ölkənin strateji təhlükəsizliyi üçün yaxşı, etibarlı müdafiədən xəbər verdiyini hesab edir.
Putin həmçinin Rusiyanın ən son silahlarının (raket texnologiyası, zirehli texnika və döyüş meydanında istifadə olunan bütün növ döyüş maşınları və qurğular) NATO arsenalından üstün olduğunu bəyan edib.
Mənbə: gazeta.ru
www.102info.az