Ukrayna tarixinin ən böyük rüşvət işi: Holdinq sahibi axtarışa verildi

Dünya


Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğu (SAP) və Milli Antikorrupsiya Bürosu (NABU) ölkə tarixində ən böyük rüşvət işi üzrə ittiham aktını məhkəməyə göndərib.

Bu barədə Milli Antikorrupsiya Bürosunun saytında məlumat verilib.

“Fevralın ikisində NABU və SAP Ukrayna Dövlət Fiskal Xidmətinin (SFS) keçmiş sədrinə qeyri-qanuni müavinət verməkdə ittiham olunan aqroholdinqin (kənd təsərrüfatı holdinqi) işini məhkəməyə göndərib”, – deyə məlumatda bildirilib.

İstintaq zamanı kənd təsərrüfatı holdinqinin sahibinin 2015-ci ilin avqust ayında kənd təsərrüfatı holdinq şirkətlərinə ƏDV-nin geri qaytarılmasına görə 5,5 milyon ABŞ dolları məbləğində və 2015-ci ilin fevral ayından 2016-cı ilin avqust ayınadək ƏDV-nin qaytarılması üzrə 21 milyon avrodan artıq məbləğdə qeyri-qanuni güzəştlər verməsi faktları müəyyən edilib.

Qurumdan vurğulanıb ki, bu, Ukrayna tarixində sənədləşdirilmiş ən böyük rüşvət halıdır.

NABU məhkəməyə cəlb edilən şəxsin adını açıqlamasa da, onun axtarışda olduğunu qeyd edib. Ukraynanın “Forbes” nəşrinə görə, söhbət “Ukrlandfarminq” aqroholdinqinin sahibi Oleq Baxmatyukdan gedir.

Mənbə: Gazeta.ru 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir