Londondan Nyu-Yorka uçan “JetBlue” aviaşirkətinə məxsus təyyarənin sərnişinləri dava salan sərxoş şəxsi zərərsizləşdiriblər.
Yayımlanan görüntülərdən dörd nəfərin sərxoş şəxsi tutmaq üçün necə mübarizə apardığı və stüardessaların onu sakitləşdirməyə kömək etdiyi məlum olur. Sərnişinlərdən birinin sözlərinə görə, hər şey sərxoş adamın ortalıqda gəzməsi, yüksək səslə danışması və özünü aqressiv aparması ilə başlayıb. Ekipaj üzvləri nəzakətlə ondan sakitləşməyi xahiş etdikdə, o, aqressivləşib, bundan sonra digər sərnişinlər vəziyyətə müdaxilə etməli olublar.
“Sonunda onu dəhlizə atıb bağlayıblar. İnsident olan yerə yaxın əyləşən yaşlı cütlüklərə yazığım gəldi. O, saxlanılan zaman sərnişinlər alqış sədaları altında öz yerlərinə qayıtdılar”, – deyə hadisə şahidi bildirib.
Mənbə: gazeta.ru
www.102info.az