İtaliya A Seriyasında 23-cü tura start verilib.
Oxu.Az xəbər verir ki, ilk gündə bir görüş baş tutub. “Leççe” “Fiorentina”nı qəbul edib.
“Leççe” 3:2 hesabı ilə matçın qalibi olub. Florensiya təmsilçisi səfərdən xalsız qayıdıb.
Qeyd edək ki, Fiorentina 2023/2024 mövsümü üçün İtaliya A Seriyasının turnir cədvəlində yeddinci yerdədir. Komanda 22 oyundan sonra 34 xal toplayıb. “Leççe” 24 xalla 13-cü pillədə qərarlaşıb. İtaliya çempionatının turnir cədvəlinə Milanın “İnter”i başçılıq edir (54).
www.102info.az