İtaliyanın sonuncu kralının oğlu vəfat etdi

Dünya


İtaliyanın sonuncu kralı II Umbertonun oğlu, Savoyalı Viktor Emmanuel şənbə günü İsveçrədə 87 yaşında vəfat edib. 

Neapol şahzadəsi, Savoya hersoqunun Cenevrədə, ailə üzvlərinin əhatəsində vəfat etdiyi bildirilib. 

Viktor Emmanuel 12 fevral 1937-ci ildə Neapolda anadan olub. Onun atası Kral II Umberto 1946-cı il mayın 9-dan iyunun 12-dək taxtda oturub.

1946-cı ilin iyununda italyanlar referendumda monarxiyanın ləğvi və respublikanın elan edilməsi lehinə səs veriblər. Ölkədə Savoya sülaləsinin bütün kişi üzvlərinin İtaliya ərazisini əbədi olaraq tərk etməli olduğu haqda qanun qəbul edilib. Bu qanun yalnız onilliklərdən sonra ləğv olunub. 

Mənbə: İnterfaks 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir