“Real Madrid”in sabiq hücumçusu Eden Hazard futbol istedadına görə kimin ondan daha güclü olması sualını cavablandırıb.
“Futbol istedadına görə hansı futbolçu məndən üstündür? Fərdi olaraq Messi bəlkə də yeganədir. Mən onu “Barselona”da izləməkdən həzz alırdım. O, tarixin ən böyük oyunçusudur. Topu ondan almaq mümkün deyil, o, sadəcə inanılmazdır. Kriştiano Ronaldu məndən daha böyük oyunçudur, amma təmiz futbol baxımından, düzünü desəm, onun daha yaxşı olduğunu düşünmürəm”, – deyə o bildirib.
Xatırladaq ki, Hazard karyerası ərzində “Lill”, “Çelsi” və “Real Madrid”də çıxış edib. 2023-cü ilin oktyabrında futbolçu təqaüdə çıxmaq qərarını açıqlayıb.
Mənbə: championat.com
www.102info.az