Nigeriyada naməlum silahlı şəxslər toy kortejinə hücum edərək üç nəfəri öldürüb, daha 55 nəfəri girov götürüblər.
Hadisə şahidlərinin sözlərinə görə, faciə ölkənin şimalındakı Katsina ştatının Damari kəndi yaxınlığındakı yolda baş verib.
Toy mərasiminin qonaqları arasında yaralananlar da var.
Qeyd edək ki, Nigeriyada, xüsusən də bir neçə ekstremist qrupun fəaliyyət göstərdiyi ölkənin şimalında mülki şəxslərə qarşı hücumlar mütəmadi olaraq baş verir. 48 təşkilat və hərəkat federal hakimiyyət orqanlarını mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan etməyə çağırıb.
Mənbə: TASS
www.102info.az