Salvadorda prezident və Qanunvericilik Assambleyası (birpalatalı parlament) deputatlarının seçkiləri keçirilir.
Bu məqsədlə ölkə üzrə 1500-dən çox seçki məntəqəsi fəaliyyət gösətirir.
Seçici siyahılarına 6,2 milyona yaxın vətəndaş daxil edilib.
Prezident seçkisində altı namizəd, parlament seçkilərində isə 13 siyasi partiyanın namizədliyi qeydə alınıb.
Qeyd edək ki, Salvador prezident respublikasıdır. Dövlət başçısı birbaşa gizli səsvermə yolu ilə beş il müddətinə seçilir.
Mənbə: TASS
www.102info.az