Hindistan orbitə ekipajı olan kosmik gəmi göndərəcək

Dünya


Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) ölkənin ilk ekipajlı kosmik gəmisini 2025-ci ilin sonuna kimi orbitə çıxarmağı planlaşdırır. 

Bu barədə ISRO-nun sədri Şridhara Paniker Somnath bildirib. 

Onun sözlərinə görə, ölkənin 2035-ci ilə qədər öz orbital stansiyası olacaq.  

Qeyd edək ki, 2018-ci ilin avqustunda Hindistanın baş naziri Narendra Modi rəsmi olaraq ölkəsinin ilk ekipajlı milli kosmik gəmisinin 2022-ci ilin avqustuna kimi orbitə göndəriləcəyini açıqlayıb. Layihənin adı “Qaqanyan” (sanskritcə “səmavi gəmi” deməkdir – red.) olaraq müəyyən edilib.  

Lakin 2020-ci ilin martında layihə üzərində işlərin çoxu dayandırılıb. Buna səbəb koronavirus pandemiyası olub. 

Mənbə: TASS 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir