Rusiyada Xilasedicilər Kareliya yaxınlığında əlaqə kəsilən Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə mərkəzinə məxsus Mi-8 helikopterini axtarırlar.
Bu barədə Rusiya FHN öz “Telegram” kanalında məlumat yayıb.
İdarənin məlumatına görə, Şimal-Qərb Aviasiya Xilasetmə Mərkəzinin helikopteri Oneqa gölü üzərində təlim uçuşu həyata keçirirmiş, daha sonra isə pilotlarla əlaqə kəsilib. Mi-8-in göyərtəsində üç ekipaj üzvü olub.
Xilasedicilər Derevyannoye kəndi ərazisində axtarış-xilasetmə işləri aparır, bir qrup xilasedici hava yastığı və qar avtomobilləri ilə hadisə yerinə yola salınıb. Bundan əlavə, idarədən bildirilib ki, zərurət yaranarsa, Şimal-Qərb Hava Naviqasiya Xidmətinin An-26 təyyarəsi axtarış zonasına göndəriləcək.
Mənbə: aif.ru
www.102info.az