Billi Eyliş məşhur filmdəki mahnısına görə “Grammy” mükafatına layiq görüldü – VİDEO

Dünya


Los-Ancelesdə “Crypto.com Arena”da 66-cı dəfə musiqi mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Məlumata görə, ABŞ-li müğənni Billi Eylişin mahnısı “İlin ən yaxşı mahnısı” kimi “Grammy” mükafatına layiq görülüb. Əsas “Grammy” mükafatları Billi Eylişdən başqa, “Ən yaxşı yeni ifaçı” kimi tanınan Viktoriya Monet və “Flowers” mahnısına görə Mayli Sayrusa verilib. Teylor Svift isə “İlin albomu” mükafatını qazanıb.

Qeyd edək ki, Billi Aylişin “What Was I Made For” mahnısına görə “İlin mahnısı” kateqoriyasında “Grammy” mükafatını qazanıb. Mahnı Qreta Gerviqin “Barbie” filminin “soundtreck”idir. Yanvar ayında mahnıya “Ən yaxşı orijinal mahnı” nominasiyasında “Qızıl Qlobus” mükafatı verilib.

Mənbə: RBC

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir