66-cı “Grammy” mərasimi: ulduzların qırmızı xalçada geyimləri – FOTO

Dünya


Los-Ancelesdə (ABŞ) musiqi dünyasının ən nüfuzlu mükafatı “Grammy”nin mükafatlandırma mərasimi keçirilib.

Britaniyalı müğənni Dua Lipa mərasimin əsas hissəsini açan çıxışından əvvəl qırmızı xalçada “Courreges” zirehli paltarda görünüb.

Billi Eyliş qırmızı xalçaya qara və çəhrayı “Barbie” gödəkçədə çıxıb.

Miyli Sayrus, demək olar ki, tamamilə qızıl sancaqlardan hazırlanmış paltar seçib. 

Lana Del Rey və Teylor Svift klassik üslubda geyimləri ilə diqqəti cəlb ediblər.

Olivia Rodriqo “Versace”dən vintaj paltarda görünüb.

Repçi Ice Spice buruq saçları və taxdığı xaçlı boyunbağı ilə yada qalıb.

Viktoriya Mone iki yaşlı qızı Hazellə gəlib. 

Müğənni Don Riçard başında qırmızı yarpaqlarla hər kəsin diqqətini çəkib.

Doja Cat mərasim üçün korsetli paltarı seçib.

Billi Joel qırmızı xalçadan həyat yoldaşı və qızları ilə keçib.

“Boygenius” qrupunun üzvləri Fibi Bridcers, Julyen Beyker və Lüsi Dakus yaxalığında çəhrayı rəngli çiçək olan ağ pencəkdə gəliblər.

Cənubi Afrikalı Tayla qırmızı xalıdan püstə rəngli paltarda keçib.

Repçi Killer Mike mərasimin keçirildiyi zaldan əliqandallı çıxarılsa da, həbsin səbəbi barədə məlumat verilmir.

ABŞ metal qrupu “Slipknot” tədbirə maskada gəlib.

Mənbə: BBC News

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir