İtaliyalı fermerlər uzunmüddətli etiraz aksiyası təşkil etmək üçün 200 traktordan ibarət karvanla Romaya doğru hərəkət ediblər.
Məlumata görə, karvan fevralın 5-də axşam Romaya çatacaq. Yolboyu onlara İtaliyanın digər bölgələrindən də fermerlər qoşulacaqlar. Onlar çoxgünlük etiraz aksiyası üçün özləri ilə su və yemək götürəcəklər.
Hazırda polislə şəhərə yaxın iki magistral yoldan birində dayanacaq yeri müəyyən etmək üçün danışıqlar aparılır.
Mənbə: belta.by
www.102info.az