“Qardaş Türkiyədə böyük insan itkisi və dağıntılara səbəb olan zəlzələnin birinci ildönümündə, faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabındakı paylaşımında bildirilib.
“Bir Millət İki Dövlət kəlamı ilə bağlı olduğumuz Türkiyənin həm sevinc, həm də kədərində daim yanındayıq”, – deyə paylaşımda deyilir.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində 7,8 və 7,5 bal gücündə iki zəlzələ on minlərlə insanın həyatına son qoyub.
Qardaş #Türkiyə|də böyük insan tələfatı & dağıntılara səbəb olan zəlzələnin birinci ildönümündə, faciə qurbanlarının ailələrinə & yaxınlarına dərin hüznlə başsağlığı veririk. #BirMillətİkiDövlət kəlamı ilə bağlı olduğumuz Türkiyənin həm sevinc, həm də kədərində daim yanındayıq. pic.twitter.com/Z0ziA3c9tv
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) February 5, 2024
www.102info.az