Rusiya diplomatlarının Avropa İttifaqı (Aİ) daxilində hərəkəti məhdudlaşdırıla bilər.
Məlumata görə, Çexiya hakimiyyəti növbəti anti-Rusiya sanksiyaları paketi çərçivəsində rusiyalı diplomatların akkreditə olunduğu ölkəyə gediş-gəlişinin məhdudlaşdırılmasını təklif edib.
Lakin Şengen zonası daxilində hərəkət faktiki olaraq heç bir şəkildə idarə olunmadığı üçün belə tədbirləri həyata keçirmək reallıqda çox çətindir.
Qeyd edək ki, hazırda Aİ-nin anti-Rusiya sanksiyalarının sayı rekord həddədir. Mövcud məhdudiyyətlərin sayı artıq 17 mini ötüb.
Mənbə: osnmedia.ru
www.102info.az