İngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilir.
Son çempion “Mançester Siti” “Brentford”un qonağı olub. Qvardiolanın yetirmələri ilk topu buraxan tərəf olsalar da, matç ərzində rəqibi qol vurmağa peşman ediblər. Fodenin het-triki “şəhərlilər”ə qələbə qazandırıb – 1:3.
Bu nəticədən sonra “Mançester Siti” 49 xalla turnir cədvəlində ikincidir. Lakin klubun ehtiyatda bir oyunu var. “Brentford” isə 22 xalla 15-cı sıradadır. Çempionata 51 xala malik “Liverpul” başçılıq edir.
www.102info.az