Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralın 6-da Kahramanmaraş vilayəti və ətraf ərazilərdə baş vermiş dağıdıcı zəlzələnin ildönümü ilə əlaqədar paylaşım edib.
R.T.Ərdoğan özünün “X” hesabında etdiyi paylaşımda qeyd edib ki, zəlzələ nəticəsində 53 537 insan həyatını edib, 107 mindən çox insan yaralanıb.
“Müalicəsi davam edən yaralılarımıza Allahdan şəfa diləyirəm. Bəşər tarixinin ən qədim yaşayış məskənlərindən olan 11 əyalətimizdə baş verən dağıntılar həqiqətən də çox böyük idi. Belə böyük fəlakətlər, böyük iztirablar həm də xalqların birliyinin, həmrəyliyinin, qardaşlığının gücünün sınandığı dönüş nöqtələridir. Allaha şükürlər olsun ki, xalqımız bu ağrılı və tarixi sınaqdan uğurla çıxdı”, – Türkiyə lideri qeyd edib.
Bir yıl önce yaşadığımız Kahramanmaraş merkezli depremlerde kaybettiğimiz canların acısı ilk günkü tazeliğiyle yüreklerimizi yakmayı sürdürüyor.
Yitirdiğimiz 53 bin 537 canımızın her birine Allah’tan rahmet, yakınlarına ve milletimize başsağlığı diliyorum.… pic.twitter.com/19AufD6qMt
— Recep Tayyip Erdoğan (@RTErdogan) February 6, 2024
www.102info.az