Samuel Eto’Onun istefası qəbul edilmədi

Dünya


“Barselona” klubunun keçmiş hücumçusu, hazırda Kamerun Futbol Federasiyasının prezidenti olan Samuel Eto’O vəzifəsini tərk etmək qərarına gəlib.

Artıq Samuel Eto’O ərizəsini Kamerun Futbol Federasiyasına təqdim edib, lakin federasiyanın icraiyyə komitəsi keçmiş futbolçunun istefasını qəbul etməyib.

Qeyd olunur ki, icraiyyə komitəsinin üzvləri yaxın günlərdə yenidən Samuel Eto’O  ilə görüşüb sözügedən məsələni müzakirə edəcəklər.

Məlumat üçün əlavə edək ki, Eto’O 2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidenti vəzifəsini icra edir.

Mənbə: Fecafoot

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir