“106 il əvvəl Nuri Paşanın rəhbərliyi ilə Türkiyə ordusunun Azərbaycana gəlişi və yazılan qəhrəmanlıq dastanı iki dövlət arasında qardaşlıq əlaqələrini əbədiləşdirdi”.
“Report” xəbər verir ki, bu barədə fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etmək məqsədilə Azərbaycana gələn Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, türkiyəli millət vəkili Şamil Ayrım Bakıda “Türk şəhidliyi”ni ziyarət edərkən deyib.
O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əbədi olacaq:
“Azərbaycan və Türkiyənin bütün şəhidlərinə Allah rəhmət eləsin!”
Ş.Ayrım xatırladıb ki, Türkiyənin ikinci ən böyük şəhidliyi Azərbaycandadır.
www.102info.az