Çilinin keçmiş prezidenti Sebastyan Pinyera ölkənin cənubunda helikopter qəzası nəticəsində ölüb.
Qeyd olunur ki, göyərtəsində 74 yaşlı siyasətçinin olduğu helikopter ölkənin cənubundakı Los Rios bölgəsində qəzaya uğrayıb. Göyərtədə dörd nəfər – ehtimal ki, Pinyera ailəsinin üzvləri olub. İlkin məlumata görə, üç nəfər sağ qalıb. Eks-prezidentin helikopteri şəxsən idarə etdiyi bildirilir.
Helikopter gölə düşərək batıb. Pinyera təhlükəsizlik kəmərini aça bilmədiyi üçün kabinədən tez çıxa bilməyib.
Xatırladaq ki, Sebastyan Pinyera iki dəfə – 2010-2014 və 2018-2022-ci illərdə ölkənin rəhbəri olub.
Mənbə: mk.ru
www.102info.az