“HaberGlobal” İstanbulda Azərbaycan vətəndaşlarının səsvermə prosesi ilə bağlı reportaj hazırlayıb – VİDEO

Dünya


Türkiyənin “Haber Global” telekanalı Azərbaycanın növbədənkənar prezident seçkisi üzrə İstanbul şəhərində baş tutan səsvermə prosesi ilə bağlı reportaj hazırlayıb.

Süjetdə qeyd olunub ki, Azərbaycan vətəndaşları konsulluqlara, səfirliyə gedərək səsvermədə iştirak edirlər.

Səsvermə, Azərbaycanda olduğu kimi, saat 19:00-dək davam edəcək. Bundan sonra səslər Türkiyədə sayılacaq və Azərbaycana təqdim ediləcək.

Qeyd edək ki, xarici ölkələrdən prezident seçkisi üzrə ən çox seçki məntəqəsi qurulan ölkələrdən biri Türkiyədir. Azərbaycanın Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən seçki prosesinə saat 9:00-dan (Bakı vaxtı ilə – 8:00) start verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir