Türkiyənin ən az sakini olan kəndləri müəyyən edilib.
Bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) məlumat verib.
Belə ki, ölkənin 27 kəndində 10 nəfər və daha az insan yaşayır.
Bitlis əyalətinin Kayalıbağ, Siirtin Çattepe və Şırnakın Ağaçyurdu kəndlərinin hərəsində cəmi 1 nəfər insan yaşayır.
Kütahya əyalətinin Kalfalar kəndində 2 nəfər, Şırnakın Cevizdüzü kəndində 3 nəfər, Mağaraköy kəndində 4 nəfər, Bingölün Akımlı kəndində 4 nəfər qalır.
Bu kəndlərin hər birində isə cəmi 5 sakin var: Çanakkalenin Kazabat kəndi, Hakkarinin Dilekli kəndi, Karsın Evyapan kəndi, Siirtin Kovanağzı kəndi.
1000 nəfər və daha çox əhalisi olan kəndlərin sayı isə 514-dür.
Karabük əyalətinin Bostanbükü kəndi isə 6 064 nəfərlik əhalisi ilə Türkiənin ən çox əhalisi olan kəndidir.
Mənbə: turkiyegazetesi.com
www.102info.az