“Kətaib Hizbullah” komandiri ABŞ-nin zərbəsi nəticəsində öldürülüb – FOTO/VİDEO

Dünya


İranın dəstəklədiyi “Kətaib Hizbullah” qruplaşmasının lideri Əbu Bəkir əs-Səədi İraqda öldürülüb.

Məlumata görə, o, Bağdadda zərərsizləşdirilib.

Belə ki, əs-Sədi və iki mühafizəçisi ABŞ-yə məxsus pilotsuz təyyarənin vurduğu avtomobildə olub. Maşındakıların hamısı ölüb.

Qeyd edək ki, Pentaqon “Kətaib Hizbullah” qruplaşmasını yanvar ayında İordaniyadakı ABŞ bazasına üç amerikalı hərbçinin ölümü ilə nəticələnən hücumda günahlandırır. Əbu Bəkir əs-Səədi, ümumiyyətlə, regionda ABŞ hərbçilərinə qarşı hücumların təşkilində məsul bilinir.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir