Əfqanıstan 627 milyon dollar vəsaiti xərcləməklə tarixində ilk dəfə xarici dövlətlərə olan elektrik borcunu tam ödəyib.
Bu açıqlama ilə Əfqanıstan Elektrik Şirkətinin rəhbəri Hikmətullah Mayondi çıxış edib.
“Əfqanıstan Tacikistan, Özbəkistan, Türkmənistana və İrandan idxal olunan elektrik enerjisinin pulunu tam ödəməyib”, – deyə o qeyd edib.
Hikmətullah Mayondi Əfqanıstan banklarına qoyulan embarqoya, sanksiyalara və iqtisadi problemlərə rəğmən bu problemi həll etdiklərini xüsusi vurğulayıb.
Mənbə: Darivoa
www.102info.az