Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi Rumıniya mətbuatında geniş işıqlandırılıb – FOTO

Dünya


Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi Rumıniya ictimaiyyəti, mətbuatı tərəfindən geniş maraqla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, Rumıniyanın “AGERPRES” milli xəbər agentliyində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə əlaqədar məlumatlar yerləşdirilib.

Azərbaycanın Qarabağ bölgəsi üzərində suverenliyinin bərpa edildiyi və müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, seçki suveren dövlətin bütün ərazisini əhatə etdiyi qeyd olunub. Prezident seçkisində səsvermə hüququ olan altı milyondan çox Azərbaycan vətəndaşı ilə yanaşı, ölkə ərazisində yaşayan bütün etnik azlıqlarla birlikdə erməni milli azlığının da seçkidə iştirak etmək hüququ olduğu xüsusi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycandan kənarda yaşayan ölkə vətəndaşları səsvermə prosesində fəal iştirak ediblər və onlar üçün dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanın Rumıniyadakı səfirliyində səsvermə məntəqəsi yaradılıb.

Bununla yanaşı, Rumıniyanın “rador.ro” xəbər saytında “Azərbaycanda keçirilən prezident seçkisində İlham Əliyev liderdir” başlıqlı neytral mövqeli məlumat yerləşdirilib. ABŞ-nin “Oracle Advisory Group” təşkilatının keçirdiyi “exit-poll”a istinad edilərək yazılan xəbərdə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində İlham Əliyevin 93,9 faiz səslə qalib gəldiyi bildirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir