Fransada 2023-cü ildə isti hava beş mindən çox insanın ölümünə səbəb olub ki, onların da əksəriyyəti yaşlılardır.
Bu məlumatı Fransa Milli Səhiyyə Agentliyi təqdim edib.
“Bütün yay monitorinqi dövrü ərzində (iyunun 1-dən sentyabrın 15-dək) istilikdən ölənlərin sayı beş mini ötüb ki, bu da ümumi ölüm hallarının 3%-dən çoxunu təşkil edir”, – hesabatda deyilir.
Həmçinin bildirilib ki, ölümlərdən 11-i “istehsal zamanı baş verən hadisələr” nəticəsində (yarısı tikinti sahələrində) baş verib.
Mənbə: TASS
www.102info.az