Yaponiyanın “Astroscale Japan” şirkəti kosmik tullantıların tədqiqi üçün nəzərdə tutulmuş ilk peyki kosmosa buraxacaq.
Bu barədə layihənin saytında bildirilir.
Qeyd olunur ki, ADRAS-J cihazı fevralın 19-da Yeni Zelandiyanın Mahia yarımadasında yerləşən özəl “Rocket Lab” kosmodromundan kosmosa buraxılacaq.
Məlumat üçün əlavə edək ki, kosmik orbitdə olan əsas tullantılar istifadə müddətini tamamlamış kosmik aparatlar, zondlar və onların qırıntılarıdır.
Mənbə: Astroscale.com
www.102info.az