Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Xarkov, Nikolayev və Xerson vilayətləri kütləvi hücuma məruz qalıb.
“Zaporojye, Nikolayev və Xerson vilayətlərində Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına cəhd etdiyi bildirilir. Lakin hələlik nəticə əldə olunmayıb”, – deyə jurnalist əlavə edib.
M.Aslanov Xarkovda ağır döyüşlərin getdiyini vurğulayıb:
“Təkcə ötən gecə Xarkova 20-yə yaxın dron vasitəsilə hücum edilib. Çuquyev şəhəri və ətrafındakı evlərin əksəriyyəti dağıntıya məruz qalıb. Həmin evlərdən ikisi həmyerlilərimizə məxsusdur”.
www.102info.az