Rusiyanın Tümen vilayətində kollec tələbəsi ov tüfəngi ilə 14 yaşlı məktəblini güllələyib.
Məlumata görə, insident İşim çayının sahilində baş verib. Yaxınlıqdakı kəndlərdən birində yaşayan İşim Texnikumunun 2-ci kurs tələbəsi kənd məktəbinin 8-ci sinif şagirdini ov tüfəngi ilə sinəsindən güllələyib. Sonradan məlum olduğu kimi, silah qeydiyyata alınmayıb.
Çay sahilində baş verənlərlə bağlı detallar aydınlaşdırılır. Hələlik hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səhlənkarlıq ucbatından baş verdiyini ehtimal edirlər.
Tələbə barəsində cinayət işi açılıb. Onun barəsində heç bir qabaqlayıcı tədbir seçilməyib. Xəsarət alan şagird isə xəstəxanadadır.
Mənbə: tsargrad.tv
www.102info.az