Fevralın 6-da İstanbulda Ədliyyə Sarayında törədilən terror aktı ilə bağlı 100-dən çox adam saxlanılıb.
Bu barədə Türkiyənin Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç məlumat verib.
“Bu günə kimi 102 nəfər, o cümlədən terror fəaliyyətində iştirakda şübhəli bilinən 96 nəfər saxlanılıb, onların dindirilməsi davam etdirilir. Hərtərəfli, o cümlədən xarici qüvvələrlə əlaqəyə görə istintaq aparılır”, – nazir bildirib.
Mənbə: TRT Haber
www.102info.az