İranda Pakistan vətəndaşlarına hücum: Azı doqquz nəfər ölüb

Dünya


İranın Pakistanla sərhədində yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin hücumu nəticəsində azı 9 Pakistan vətəndaşı ölüb, 3-ü yaralanıb.

Məlumata görə, üç silahlı şəxs əcnəbi vətəndaşların evinə atəş açmağa başlayıb və sonra cinayət yerindən qaçıb.

Hadisə ilə bağlı polis araşdırmaya başlayıb.

Qeyd edək ki, bu, Sistan və Bəlucistan əyalətində baş verən ilk belə hadisə deyil. Yanvarın 27-də naməlum şəxslərin silahlı hücumu nəticəsində bölgədə 9 əcnəbi həlak olub. İranın sərhəd bölgələrində fəaliyyət göstərən qruplardan heç biri hələlik bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir