Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb

Dünya


Filippinin cənubundakı Davao de Oro əyalətində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 54-ə çatıb, daha 63 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Bu barədə yerli hakimiyyət orqanları məlumat veriblər.

Qeyd olunub ki, təxminən doqquz hektar ərazidə aparılan axtarış-xilasetmə əməliyyatlarına hərbçilər də daxil olmaqla 500-ə yaxın insan cəlb olunub. Sürüşmənin hündürlüyünün 30-50 metr arasında olduğu təxmin edilir.

Xatırladaq ki, fevralın altısında torpaq kütləsi 50-dən çox evin və yerli qızıl mədən şirkətinin işçilərini daşıyan avtobusların üzərinə çöküb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir