Yaponiyada ilk avtonom taksi xidməti istifadəyə veriləcək

Dünya


Yaponiyanın aparıcı avtomobil konserni “Toyota Motor” 2024-cü ilin yayından başlayaraq Daiba ərazisində sərnişinləri daşıyacaq avtonom taksi xidmətinə başlamaq niyyətindədir.

Sürücüsüz nəqliyyat vasitələrinin ümumi istifadədə olan yollarda bu məqsədlər üçün istifadəsi Yaponiyada ilk dəfə sınaqdan keçiriləcək.

Avtomobil istehsalçısı əvvəlcədən müəyyən edilmiş marşrut üzrə bölgənin qonaqlarına pulsuz nəqliyyat təmin etməyi planlaşdırır. Daşınma üçün xüsusi sensorlar, yol şəraitinin real vaxt rejimində monitorinqinə və təhlükəli vəziyyətlərin proqnozlaşdırılmasına imkan verən süni intellekt texnologiyası ilə təchiz edilmiş “Toyota Sienna” minivenindən istifadə olunacaq.

Qeyd edək ki, Tokio körfəzinin sahilində yerləşən Daiba ticarət və əyləncə rayonu, şəhərin turistik yerlərindən biri hesab olunur. Avtomobil Daiba küçələrində avtonom şəkildə hərəkət edə bilsə də, idarəetmə və təhlükəsizlik üçün içəridə bir sürücü olacaq. 2025-ci ildən etibarən xidmətin Tokionun mərkəzi ərazilərinə qədər genişlənəcəyi, həmçinin pullu olacağı planlaşdırılır.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir