Türkiyə Silahlı Qüvvələri Fırat Kalkanı bölgəsinə hücuma hazırlaşan dörd PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib.
“Suriyanın şimalında qan tökməkdən, bölgə xalqının əmin-amanlığını və təhlükəsizliyini pozmaqdan başqa məqsədi olmayan PKK/YPG terrorçularına qarşı əməliyyatlarımız davam edir.
Türkiyə Silahlı Qüvvələrimiz Fırat Kalkanı bölgəsində hücuma hazırlaşan dörd PKK/YPG terrorçusunu zərərsizləşdirib”, – deyə nazirlikdən verilən açıqlamada bildirilib.
Suriye’nin kuzeyini kana bulamaktan, bölge halkının huzur ve güvenliğini bozmaktan başka amacı olmayan PKK/YPG’li teröristlere yönelik operasyonlarımız sürüyor.
Türk Silahlı Kuvvetlerimiz, Fırat Kalkanı bölgesinde saldırı hazırlığı yapan 4 PKK/YPG’li teröristi etkisiz hâle… pic.twitter.com/qCzpe3k25n
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 12, 2024
www.102info.az