Peskov açıqladı: Putin Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olan Ermənistana gedə biləcəkmi?

Dünya


“Moskva İrəvandan müəyyən təminatlar alarsa, Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edə bilər”.

Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

“Ermənistanın beynəlxalq statusa (Beynəlxalq Cinayət Məhkəməsi) qoşulması ilə bağlı yeni reallıq münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Erməni tərəfdaşlardan müəyyən təminatlar almaq vacibdir. Bu məsələ ikitərəfli dialoq çərçivəsində həll edilməlidir ki, biz də buna köklənmişik”, – deyə Kreml nümayəndəsi bildirib.

Xatırladaq ki, 2023-cü il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin müharibə zamanı “Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz olaraq Rusiyaya deportasiyası” ittihamı üzrə həbsinə order verib.

Ötən ilin noyabrında Ermənistan rəsmi olaraq Roma Statutunu ratifikasiya etdiyini təsdiq edən sənədləri təqdim edib və 2024-cü il fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvü olub.

Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Cinayət Məhkəməsinin orderi ilə bağlı Putin də daxil olmaqla, bu və ya digər şəxsləri həbs etmək səlahiyyətinin olmadığını qeyd edib.

Daha əvvəl isə Rusiya Dövlət Duması bəyan edib ki, Putin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası ilə əlaqədar Ermənistana gedə bilməyəcək.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir