Dünyaşöhrətli milyarder qəza keçirdi – FOTO

Dünya


Britaniyalı iş adamı, 400-dən çox şirkətin daxil olduğu “Virgin Group”un sahibi, məşhur milyarder Riçard Branson Virciniya adalarında velosipedlə qəza keçirib.

Böyük təhlükə ilə üzləşən Branson aldığı xəsarətlərin görüntüsünü paylaşıb.

O, Qorda şəhərində velosiped sürərkən çuxura düşüb və velosipedindən yıxılıb.

İş adamı zədələnsə də, vəziyyəti ağır deyil. 73 yaşlı Branson ombasında hematoma yarandığını və dirsəyində kəsik olduğunu bildirib.

“Aleks Uilsonla birlikdə velosiped sürürdük, o da məndən sonra yıxıldı, amma xoşbəxtlikdən onun da vəziyyəti yaxşıdır”, – deyə milyarder qeyd edib.

Mənbə: “Daily Mail”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir