Bayden paketdə çipslərin sayının az olmasından şikayətlənib

Dünya


ABŞ Prezidenti Co Bayden çips də daxil olmaqla qablaşdırmada qida məhsullarının miqdarını azaldan ABŞ şirkətlərinin vicdansız fəaliyyətindən şikayətlənib.

“Futbolu izləmək üçün qəlyanaltı alarkən yəqin ki, diqqət yetirmisiz. Qiymət eyni olsa da, içki şüşələri kiçilib, çips paketlərində isə daha az çips var. Şirkətlər qablaşdırmada olan məhsulun miqdarını tədricən azaldır və heç kimin buna əhəmiyyət verməyəcəyinə inanırlar”, – Ağ Ev rəhbəri qəzəblənib.

Bayden qida şirkətlərini insanları aldatmağı dayandırmağa və şrinkflyasiyanı (istehsalçı, satış qiymətini saxlayaraq qablaşdırmada məhsulun miqdarını, həcmini və ya çəkisini azaldan) dayandırmağa çağırıb.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir