Donald Tramp ABŞ Prezidenti seçkisində qalib gələrsə, 1798-ci il qanunu əsasında və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə milyonlarla qeyri-qanuni miqrantı ölkədən deportasiya etmək istəyir.
Məluumata görə, o, Ağ Evə gələn kimi immiqrasiya xidməti, Federal Təhqiqatlar Bürosu (FBI), Narkotiklərlə Mübarizə İdarəsi, federal prokurorlar, Milli Qvardiya və yerli polisi qanunsuz mühacirlərin deportasiyası üçün səfərbər etmək niyyətindədir.
Bildirilir ki, hərbçilər deportasiyanı gözləyənləri saxlamaq üçün sərhəddə xüsusi mərkəzlər tikəcəklər.
Eyni zamanda, prosedurun özü sadələşdiriləcək.
Xatırladaq ki, Donald Tramp 2024-cü il seçki kampaniyası zamanı anti-immiqrant ritorikasını gücləndirərək, yenidən seçiləcəyi təqdirdə deportasiyalar həyata keçirəcəyini vəd edib.
Mənbə: rg.ru
www.102info.az