Kolumbiyada həbsxanalarda fövqəladə vəziyyət elan edilib

Dünya


“Kolumbiya hökuməti həbsxana işçilərinə qarşı hücumların artması ilə əlaqədar ölkənin penitensiar sistemində fövqəladə vəziyyət elan edib”.

Bunu ölkənin ədliyyə və hüquq naziri Nestor Osuna mətbuat konfransında bildirib.

“Biz bütün ölkədə penitensiar sistemdə fövqəladə vəziyyət elan etmişik. Bu vəziyyət qismən də milli penitensiar və həbsxana qurumlarının əməkdaşlarına qarşı təhdidlərin artması və ölkənin müxtəlif yerlərində son bir neçə gündə baş verən mühafizəçi qətlləri ilə əlaqədardır”, – deyə o qeyd edib.

Osuna həbsxanalarda qəsb hallarının artdığını da etiraf edib. “Fövqəladə vəziyyətin tətbiqində məqsəd mühafizəçilərin həyatını qorumaq və onların sakit işləməsi üçün şəraiti təmin etmək, habelə hədə-qorxu ilə tələblərə qarşı mübarizə tədbirlərini gücləndirməkdir”, – deyə nazir əlavə edib.

Tədbirlərdən biri həbsxanaların yaxınlığında mobil telefon siqnallarının bloklanması olacaq.

Son ayda Kolumbiyada həbsxana divarları xaricində ədliyyə zabitlərinə qarşı bir neçə hücum olub.

Mənbə: osnmedia.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir