Rusiyada ordu haqqında saxta xəbərlər yayanların əmlakları müsadirə olunacaq

Dünya


Rusiya Prezidenti Vladimir Putin ordu ilə bağlı saxta xəbərlərə və dövlət təhlükəsizliyinə qarşı cinayətlərə görə əmlakın müsadirə edilməsi haqqında qanunu imzalayıb.

Bu barədə sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Həmin qanunla Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişiklik edilir və əmlakın müsadirə oluna biləcəyi cinayətlərin siyahısı genişləndirilir.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir