“Formula-1” üzrə dünya çempionatında Böyük Britaniyanı təmsil edən “Maklaren” komandası cari mövsümdə istifadə edəcəkləri yarış avtomobilini nümayiş etdirib.
Yeni bolid “MCL38” indeksini alıb.
Builki mövsümdə komandada britaniyalı Lando Norris və avstraliyalı Oskar Piastri çıxış edəcəklər. Eyni sürücülər bir il əvvəl də “Maklaren”i təmsil ediblər.
Qeyd edək ki, son “Formula-1” mövsümünün yekununda Böyük Britaniyanın yarış komandası Mühəndislər Kubokunda 302 xal toplayaraq dördüncü yeri tutub.
Mənbə: Championat.com
www.102info.az