“Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı “News.ru”nun Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyəti ilə bağlı sualını cavablandırarkən deyib.
“Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı dialoq müntəzəm xarakter daşıyır və konstruktiv şəkildə qurulur”, – deyə Zaxarova qeyd edib.
www.102info.az